Xaçmazda qatarın vurub öldürdüyü gənclə bağlı yeni məlumatlar üzə çıxıb.
Çarxı kənd bələdiyyəsindən Lent.az-a verilən məlumata görə, 20 yaşlı Mehdiyev Ağacan Maqsud oğlu özünü qatarın altına atıb. Onun hansı səbəbdən bunu etdiyi isə dəqiq bilinmir:
“Ağacan Mehdiyevin özünü qatarın altına atdığı deyilir. Amma hansı səbəbdən bu addımı atıb, bilmirik. Qohumlar və qonşular Ağacanın hələ iki-üç gün əvvəl özünü qatarın altına atmaq fikrinə düşdüyünü söylədilər. Dəqiq bilmirik, əsəb problemi var imiş, yoxsa yox”.
****
13 noyabr, saat: 21:07
Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.
Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.